-Üzünüzə hər axşam makyajınızı sildikdən sonra etdiyiniz baxım siz yatan zaman gecə boyu dərinizdə bir çox proseduru icra edir.
Məsələn, dərinizə tətbiq etdiyiniz maskalar, nəmləndiricilər və ya qırışdan qoruyucu məhsullar gecə boyunca öz molekulyar təsirini dərinizə yaymaqla məşğuldur. Odur ki, gecə yatmadan öncə dərinizi makyajdan tamamilə arındırdıqdan dərhal sonra üz baxım məhsullarınızı tətbiq etməyə başlayın. Gözaltı serumlar, nəmləndiricilər bu istiqamətdə üstünlük verməniz gərəkən məhsullardır. Bundan əlavə həftədə 2-3 dəfə ev şəraitində hazırlayacağınız maskaları da baxım rutininizdən çıxarmamanız tövsiyyə olunur.