Yay mövsümündə günəş şüalarından kifayət qədər qorunmadıqda günəş yanıqları qaçılmaz hal alır. Günəş yanıqları ultrabənövşəyi şüaların dəri səthinə zədələyici təsirinin nəticəsidir.
Günəş yanığının əlamətləri:
-Dəridə qızartı, qaşınma, şişkinlik, ağrı, suluqlar. Əgər günəş şüaları ilə uzun müddət təmas və yanıq səthi çox olarsa, yanıq dərinin dərin qatlarına keçərsə, bu zaman hərarətin yüksəlməsi, titrəmə, halsızlıq, qusma, bədənin susuzlaşması, hətta bayılma və s. müşahidə oluna bilər.
Günəş yanıqları zamanı nə etməli?
-Sərin, günəş süası düşməyən şəraiti təmin etmək. Zədələnmış dəri səthini maksimum soyutmalı və nəmləndirməli (soyuq kompres, duş və s.). Maye qəbulu vacibdir (adi su, mineral sular). Günəş yanıqlarının müalicəsi yanığın dərəcəsindən asılıdır. Əgər dəridə qızartı, suluqlar varsa, bir neçə gün günəş şüalarından qorunmalı, nəmləndirici, bərpaedici, antiseptik vasitələrin dəri səthinə sürtülməsi kifayətdir.